Bank Of Baku

Dow Jones indeksi 0,02% enib, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,02% enib, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib
# 10 dekabr 2010 06:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 11 370 bəndədək enib, S&P 500 0,4% - 1 233 bəndədək, Nasdaq 0,3% - 2 617 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına bir sıra makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında dekabrın 9-da FTSE 100 indeksi 0,2% - 5 808 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 858 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 6 964 bəndədək enib.
Dekabrın 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 392,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3254 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR