Bank Of Baku

Azərbaycan gələn il bir çox ölkədə keçiriləcək turizm sərgilərində təmsil olunacaq

Azərbaycan gələn il bir çox ölkədə keçiriləcək turizm sərgilərində təmsil olunacaq
# 10 dekabr 2010 09:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan 2011-ci ildə bir sıra ölkələrdə keçiriləcək beynəlxalq turizm sərgilərində təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu sərgilər arasında 13–16 yanvar tarixlərində Avstriyada (Vyana) keçiriləcək “Ferien Messe”, 15–23 yanvar tarixlərində Almaniyada (Ştuttqart) keçiriləcək CMT, 20-23 yanvarda Finlandiyada (Helsinki) keçiriləcək “Matka”, 10-13 fevrala Türkiyədə (İstanbul) keçiriləcək EMİTT, 11-13 fevralda Latviyada (Riqa) keçiriləcək “Balttour”, 17-20 fevralda İtaliyada (Milan) keçiriləcək BİT, 25-27 fevralda ABŞ-da (Nyu-York) keçiriləcək “Times Travel Show”, 9–13 martda Almaniyada (Berlin) keçiriləcək İTB, 16-19 martda Rusiyada (Moskva) keçiriləcək MİTT, 14-16 apreldə Gürcüstanda (Tiflis) keçiriləcək “Caucasus Tourism Fair” sərgiləri var.

Bu cür sərgilərdə iştirakda məqsəd Azərbaycanın turizm potensialını təbliğ etməkdir. 2011-ci il üçün nazirliyə Qazaxıstan, BƏƏ, Bəhreyn, Küveyt, Cənubi Koreya, Çin, Fransa, Yaponiya, Ukrayna və İngiltərədə keçiriləcək sərgilərdə də iştirak üçün dəvət gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR