Bank Of Baku

BFB-da 10502328S seriyalı 5 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-da 10502328S seriyalı 5 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 10 dekabr 2010 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10502328S seriyalı geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 6,386 mln. manat təşkil edib. Sifarişlər 100,00% (gəlirlik 4,00%) qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin dekabrın 9-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR