Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib
# 13 dekabr 2010 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 11 410 bəndədək, S&P 500 0,6% - 1 240 bəndədək, Nasdaq 0,8% - 2 638 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dinamikası korporativ xəbər və hesabatların təsiri altında olub.
Avropa fond bazarlarında dekabrın 10-da FTSE 100 indeksi 0,1% - 5 813 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,02% - 3 857 bəndədək enib, Almaniya DAX-ı 0,5% - 7 006 bəndədək yüksəlib.
Dekabrın 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 384,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3186 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR