Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 1,480 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 1,480 mln. dollarlıq əqd bağlanıb
# 13 dekabr 2010 15:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,7991 AZN/USD təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7991 AZN/USD təşkil edib. USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 743 163 AZN, sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi isə 0,7991 AZN/USD təşkil edib.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 439 505 AZN, sessiyanın nəticələrinə görə manatın orta məzənnəsi isə 0,7991 AZN/USD təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,480 mln. ABŞ dolları və ya 1 182 668 AZN təşkil edib.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 14,42%, ABŞ dolları üzrə isə illik 14,57% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR