Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,01% yüksəlib, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,01% yüksəlib, Nasdaq 0,5% enib
# 14 dekabr 2010 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 429 bəndədək, S&P 500 0,01% - 1 240 bəndədək yüksəlib, Nasdaq 0,5% - 2 625 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına əsasən xarici amillər təsir edib. O cümlədən, Çin hökumətinin faiz dərəcələrinin artırılmaması barədə qərarı bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Avropa fond bazarlarında dekabrın 13-də FTSE 100 indeksi 0,8% - 5 861 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 892 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 029 bəndədək yüksəlib.
Dekabrın 13-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 398 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3389 (+1,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR