Bank Of Baku

BFB-da 10109026S seriyalı 11 613,7 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10109026S seriyalı 11 613,7 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 14 dekabr 2010 14:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10109026S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan « APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 11 613 700 manat təşkil edib. Sifarişlər 99,86% (gəlirlik 1,46%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti – 99,86%, orta ölçülmüş qiymət – 99,86% səviyyəsində emitent tərəfindən müəyyən edilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 11 613,7 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin yanvarın 18-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR