Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 820 min dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 820 min dollarlıq əqd bağlanıb
# 14 dekabr 2010 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,7991 AZN/USD təşkil edib.

BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7991 AZN/USD təşkil edib. USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 654 934 AZN, sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi isə 0,7991 AZN/USD təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 820 min ABŞ dolları və ya 654 934 AZN təşkil edib.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 14,25%, ABŞ dolları üzrə isə illik 14,36% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR