Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib
# 15 dekabr 2010 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 11 477 bəndədək, S&P 500 0,1% - 1 242 bəndədək, Nasdaq 0,1% - 2 628 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına bir sıra amillər müsbət təsir edib. Bunların sırasında əsas rolu Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsinin 0-0,25% diapazoneyda saxlanması barədə qərarı oynayır.
Avropa fond bazarlarında dekabrın 14-də FTSE 100 indeksi 0,5% - 5 891 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 903 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,03% - 7 027 bəndədək enib.
Dekabrın 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 404,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3352 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR