Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,5%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,5%, Nasdaq 0,4% enib
# 16 dekabr 2010 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 457 bəndədək, S&P 500 0,5% - 1 235 bəndədək, Nasdaq 0,4% - 2 617 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına təsir edən amillər sırasında ən əsası «Moody’s» agentliyi tərəfindən İspaniyanın reytinqini azaldılması barədə xəbərdarlıq olub ki, bu da bazara birmənalı olaraq mənfi təsir edib.
Avropa fond bazarlarında dekabrın 15-də FTSE 100 indeksi 0,2% - 5 882 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 880 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 016 bəndədək enib.
Dekabrın 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% azalaraq 1 386,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3214 (-1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR