Bank Of Baku

BFB-da 10209126S seriyalı 11 159,7 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10209126S  seriyalı 11 159,7 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 17 dekabr 2010 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10209126S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 11 159 700 manat təşkil edib. Sifarişlər 99,39% (gəlirlik 2,46%) - 99,38% (gəlirlik 2,50%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülü qiymətlər emitent tərəfindən 99,38% (gəlirlik 2,50%) səviyyəsində müəyyən edilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 11 159,7 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin martın 18-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR