Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib
# 20 dekabr 2010 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 492 bəndədək enib, S&P 500 0,1% - 1 244 bəndədək, Nasdaq 0,2% - 2 643 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovakaların yüksəlməsinə bir sıra makroiqtisadi və korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında dekabrın 17-də FTSE 100 indeksi 0,2% - 5 872 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 867 bəndədək, Almaniya DAX-ı 0,6% - 6 983 bəndədək enib.
Dekabrın 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 379,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3149 (-1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR