Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,3%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,3%, Nasdaq 0,3% yüksəlib
# 21 dekabr 2010 07:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 478 bəndədək enib, S&P 500 0,3% - 1 247 bəndədək, Nasdaq 0,3% - 2 650 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında aşağı fəallıq müşahidə olunub və investorlar arasında əsasən ehtiyatlı nikbinlik hökm sürüb
Avropa fond bazarlarında dekabrın 20-də FTSE 100 indeksi 0,3% - 5 892 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 885 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 019 bəndədək yüksəlib.
Dekabrın 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 386,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3169 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR