Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,2% yüksəlib
# 23 dekabr 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 560 bəndədək, S&P 500 0,3% - 1 259 bəndədək, Nasdaq 0,2% - 2 671 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər müsbət təsir edib.
Avropa fond bazarlarında dekabrın 22-də FTSE 100 indeksi 0,3% - 5 984 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 3 920 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 067 bəndədək enib. Avropa fond bazarlarında mənfi dinamika müşahidə olunub, lakin Çin tərəfindən Portuqaliyanın 4-5 mlrd. dollar həcmində suveren öhdəliklərinin alınması barədə xəbər bazarda tarazlıq yaradıb.
Dekabrın 22-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 387,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3122 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR