Bank Of Baku

Bakıda dövlət qiymətli kağızları ilə bazar əməliyyatlarına dair dəyirmi masa keçirilib

Bakıda dövlət qiymətli kağızları ilə bazar əməliyyatlarına dair dəyirmi masa keçirilib
# 23 dekabr 2010 15:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) «Dövlət və İpoteka Fondunun qiymətli kağızları ilə bazar əməliyyatları» mövzusunda dəyirmi masa keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə ölkədə fəaliyyət göstərən və bazarda əsas investorlar kimi çıxış edən 20-dən çox aparıcı bankın nümayəndələri ilə yanaşı, ölkənin mütəşəkkil qiymətli kağızlar bazarında əsas emitentlər olan Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi və İpoteka Fondunun məsul şəxsləri iştirak edib.

BFB-nin və Mərkəzi Bankın nümayəndələrinin dövlət qiymətli kağızlar bazarında mövcud maliyyə alətlərinə həsr olunmuş təqdimatları ilə başlayan dəyirmi masa daha sonra «investor-emitent-fond biryası» formatında müzakirələrlə davam edib. Əsas müzakirə predmeti dövlət qiymətli kağızlar bazarında investorların marağının daha da stimullaşdırılması və fəallığın artırılması olub. Xüsusilə dövlət qiymətli kağızlarının gəlirliliyi, likvidliyin təminatı, əməliyyat xərcləri kimi məsələlər daha geniş müzakirə olunub.

Tədbirin sonunda analoji formatda görüşlərin mütəmadi şəkildə keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR