Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,2% enib
# 24 dekabr 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 573 bəndədək yüksəlib, S&P 500 0,2% - 1 257 bəndədək, Nasdaq 0,2% - 2 666 bəndədək enib. «APA-Economics»in məlumatına görə, bir sıra makroiqtisadi göstəricilərin qeyri-müəyyənliyi səbəbindən ABŞ fond indeksləri üzrə vahid dinamika müşahidə olunmayıb.
Avropa fond bazarlarında dekabrın 23-də FTSE 100 indeksi 0,2% - 5 996 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 3 911 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 058 bəndədək enib. Avropa fond bazarlarında «Credit Agricole»un səhmləri 1,3%, «Barclays»ın səhmləri 0,2%, «Societe Generale»in səhmləri 0,5%, «Volkswagen»in səhmləri 1,3%, «Peugeot Citroen»in səhmləri 1,4%, «Renault»un səhmləri 0, 4% enib.
Dekabrın 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 380,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3129 (+0,05%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR