Bank Of Baku

Avropanın əsas fond indeksləri enib

Avropanın əsas fond indeksləri enib
# 27 dekabr 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avropa fond bazarlarında dekabrın 24-də FTSE 100 indeksi 0,2% - 6 009 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,3% - 3 900 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 057 bəndədək enib. «APA-Economics»in məlumatına görə, Avropanın fond bazarlarında kotirovkaların dinamikasına əsasən korporativ xəbərlər təsir edib.
Dekabrın 24-də Milad Bayramı ilə əlaqədar Amerika fond bazarında ticarət əməliyyatları aparılmayıb. Əvvəlki ticarət günündə isə Dow Jones indeksi 0,1% - 11 573 bəndədək yüksəlib, S&P 500 0,2% - 1 257 bəndədək, Nasdaq 0,2% - 2 666 bəndədək enib.
Dekabrın 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1 380,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3122 (-0,05%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR