Bank Of Baku

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib
# 28 dekabr 2010 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 555 bəndədək enib, S&P 500 0,1% - 1 258 bəndədək, Nasdaq 0,1% - 2 667 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına Çin Xalq Bankının uçot dərəcəsinin artırılması təsir edib. Qeyd edək ki, bu addım artan inflyasiya ilə mübarizə çərçivəsində atılıb.
Avropa fond bazarlarında dekabrın 27-də Fransa CAC-40-ı 1% - 3 862 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 971 bəndədək enib. Avropa fond bazarlarında “Banco Santander”in səhmləri 2,9%, “BBVA”nın səhmləri 2,5% “Deutsche Bank”ın səhmləri 0,7%, “Societe Generale”in səhmləri 1,9%, “Volkswagen”in səhmləri 4,9%, “BMW”nin səhmləri 6,4%, “Peugeot Citroen”in səhmləri 1,1%, “Fiat”ın səhmləri 3,4%, “Daimler”in səhmləri 4,6% ucuzlaşıb.
Dekabrın 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 382,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3241 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR