Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 10 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 10 mln. manatlıq notları yerləşdirilib
# 29 dekabr 2010 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50105125S seriyalı, ümumi həcmi 10 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 20 014 100 manat təşkil edib. Sifarişlər 99,8447% (gəlirlik 2,00%) – 99,8059% (gəlirlik 2,50%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8295% (gəlirlik 2,20%), orta ölçülmüş qiymət isə 99,8386% (gəlirlik 2,08%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 10 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin yanvarın 26-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR