Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib
# 30 dekabr 2010 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 585 bəndədək, S&P 500 0,1% - 1 260 bəndədək, Nasdaq 0,2% - 2 667 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında fəal iştirakçıları olan investisiya fondları ilin sonunda öz mövqelərini korrektə edir ki, bu da əsas sektorlarda səhmlərin bahalaşmasına imkan yaradıb.
Avropa fond bazarlarında dekabrın 29-da FTSE 100 indeksi 0,2% - 5 996 bəndədək enib, Fransa CAC-40-ı 0,8% - 3 891 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 996 bəndədək yüksəlib. Avropa fond bazarlarında kotirovkaların dinamikası əsasən korporativ xəbərlərin təsiri altında olub ki, nəticədə vahid dinamika müşahidə olunmayıb.
Dekabrın 29-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 413,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3234 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR