Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq 1,5% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq 1,5% yüksəlib
# 04 yanvar 2011 07:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 11 671 bəndədək, S&P 500 1,1% - 1 272 bəndədək, Nasdaq 1,5% - 2 692 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər müsbət təsir edib.
Avropa fond bazarlarında yanvarın 3-də Fransa CAC-40-ı 2,5% - 3 901 bəndədək, Almaniya DAX-ı 1,1% - 6 990 bəndədək yüksəlib.
Yanvarın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 416,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3349 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR