Bank Of Baku

Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,4% enib
# 05 yanvar 2011 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 691 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 270 bəndədək, Nasdaq 0,4% - 2 681 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına əsasən korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında yanvarın 4-də FTSE 100 indeksi 1,9% - 6 014 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 916 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 6 975 bəndədək enib. Avropada da fond indeksləri korporativ xəbərlərin təsir altında olduğundan vahid dinamika müşahidə olunmayıb. Artım əsasən neft və bank sektorunda baş verib. Belə ki, BP-nin səhmləri 5,9%, «Royal Dutch Shell»in səhmləri 1,1%, «BG Group»un səhmləri 2,7%, «Total»in səhmləri 1,3%, «Barclays»ın səhmləri 4,2%, «Societe Generale»in səhmləri 3%, «Deutsche Bank»ın səhmləri 2,4% bahalaşıb.
Yanvarın 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,3% azalaraq 1 383,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3285 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR