Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,2% enib, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2% enib, Nasdaq 0,3% yüksəlib
# 07 yanvar 2011 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 697 bəndədək, S&P 500 0,2% - 1 274 bəndədək enib, Nasdaq 0,3% - 2 710 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında İT sektorundan başqa digər sahələrdə mənfi dinamika müşahidə olunub.
Avropa fond bazarlarında yanvarın 6-da FTSE 100 indeksi 0,4% - 6 020 bəndədək, Fransa CAC-40-ı 0,01% - 3 904 bəndədək enib, Almaniya DAX-ı 0,6% - 6 981 bəndədək yüksəlib.
Yanvarın 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 370,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2987 (-1,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR