Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 4 müştəriyə ümumi dəyəri 39 120 830,20 manat olan broker xidmətləri göstərib. İkinci yeri 2 müştəriyə ümumi həcmi 17 782 192,66 manat olan broker xidmətləri göstərmiş «BoB Broker» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 21 338 637,54 manat azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 12 493 634,05 manatla «Brokdil-Az» qərarlaşıb.
2010-cu il dekabr ayı üzrə DQK bazarında göstərilmiş
xidmətlərin həcminə görə brokerlərin renkinq
Xidmətlərin həcminə görə yeri (dekabr) | Xidmətlərin həcminə görə yeri (noyabr) | Brokerlər | Əqdlərin sayı | Müştərilərin sayı | Əməliyyatlarının həcmi |
1 | 1 | «Caspian Financial» MMC | 16 | 4 | 39 120 830,20 |
2 | 2 | «BoB Broker» MMC | 10 | 2 | 17 782 192,66 |
3 | 3 | «Brokdil-Az» MMC | 8 | 1 | 12 493 634,05 |
4 | 6 | «Respublika İnvest» MMC | 8 | 1 | 12 006 944,67 |
5 | 5 | «Standard Kapital» MMC | 6 | 2 | 7 093 255,04 |
6 | 8 | «Yapi Kredi İnvest» MMC | 1 | 1 | 5 999 967,56 |
7 | 7 | «Texnika Kapital Menecment» MMC | 4 | 2 | 2 301 280,87 |
8 | - | «Çelsi Kapital» MMC | 1 | 1 | 244 276,04 |