Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,3% enib
# 10 yanvar 2011 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 675 bəndədək, S&P 500 0,2% - 1 272 bəndədək, Nasdaq 0,3% - 2 703 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsinə bir sıra mənfi korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında yanvarın 7-də FTSE 100 indeksi 0,6% - 5 984 bəndədək, Fransa CAC-40-ı 1% - 3 866 bəndədək, Almaniya DAX-ı 0,5% - 6 948 bəndədək enib.
Yanvarın 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 373,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2908 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR