Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq 0,3% yüksəlib
# 12 yanvar 2011 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 11 672 bəndədək, S&P 500 0,4% - 1 274 bəndədək, Nasdaq 0,3% - 2 717 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi bir sıra iri şirkətlərin müsbət hesabatlarının açıqlanmasından sonra baş verib.
Avropa fond bazarlarında yanvarın 11-də FTSE 100 indeksi 1% - 6 014 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 862 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 942 bəndədək yüksəlib. Avropada «Deutsche Bank»ın səhmləri 0,5%, «Societe Generale»in səhmləri 2,8%, «Credit Agricole»un səhmləri 2,4%, «Barclays»ın səhmləri 5%, «Royal Bank of Scotland»ın səhmləri 1,9%, «Bayerische Motoren Werke» (BMW) və «Volkswagen»in səhmləri müvafiq olaraq 2% və 3,2%, «Renault» və «Peugeot Citroen»in səhmləri isə 3,9% və 4,9% bahalaşıb.
Yanvarın 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 384,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2987 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR