Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,7% yüksəlib
# 13 yanvar 2011 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 11 748 bəndədək, S&P 500 0,8% - 1 285 bəndədək, Nasdaq 0,7% - 2 735 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi Federal Ehtiyat Sisteminin ölkə iqtisadiyyatın perspektivləri üzrə müsbət hesabatla bağlıdır.
Avropa fond bazarlarında yanvarın 12-də FTSE 100 indeksi 0,6% - 6 051 bəndədək, Fransa CAC-40-ı 2,2% - 3 945 bəndədək, Almaniya DAX-ı 1,8% - 7 069 bəndədək yüksəlib.
Yanvarın 12-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 385,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3107 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR