Bank Of Baku

Avropanın əsas fond indeksləri enib

Avropanın əsas fond indeksləri enib
# 18 yanvar 2011 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avropa fond bazarlarında yanvarın 17-də FTSE 100 indeksi 0,3% - 5 986 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 975 bəndədək enib, Almaniya DAX-ı 0,03% - 7 078 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, Avropada fond bazarlarında indekslərin dinamikasına korporativ xəbərlər təsir edib. Məsələn, İngiltərənin «Apax Partners» şirkəti tərəfindən «Smiths Medical» bölməsinin satılması təklifini rədd etməsi «Smiths Group»un səhmlərini 7,7% bahalaşdırıb. Qeyd edək ki, «Smiths Group» aeroportlar üçün skanerlərin istehsalı üzrə dünyanın ən iri şirkətlərindən biridir.
Yanvarın 17-də Martin Lüter Kinqin anım günü münasibəti ilə Amerika fond bazarında ticarət əməliyyatları aparılmayıb. Əvvəlki ticarət gününün yekunlarına görə, Dow Jones indeksi 0,5% - 11 787 bəndədək, S&P 500 0,7% - 1 293 bəndədək, Nasdaq 0,7% - 2 755 bəndədək yüksəlib.
Yanvarın 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 364,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3311 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR