Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 12 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 12 mln. manatlıq notları yerləşdirilib
# 19 yanvar 2011 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50100330S seriyalı, ümumi həcmi 15 mln. manat, hərraca çıxarılan həcmi 12 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 9 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 48 584 400 manat təşkil edib. Sifarişlər 99,8443% (gəlirlik 2,00%) – 99,8602% (gəlirlik 1,80%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8525% (gəlirlik 1,90%), orta ölçülmüş qiymət isə 99,8542% (gəlirlik 1,88%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 2 253 300 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 12 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin fevralın 16-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR