Bank Of Baku

Dow Jones indeksi 0,02%, S&P 500 0,1%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,02%, S&P 500 0,1%, Nasdaq 0,8% enib
# 21 yanvar 2011 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 11 823 bəndədək, S&P 500 0,1% - 1 280 bəndədək, Nasdaq 0,8% - 2 704 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi Çin hökuməti tərəfindən pul-kredit siyasətinin sərtləşdirilməsi ehtimalı səbəbindən baş verib.
Avropa fond bazarlarında yanvarın 20-də FTSE 100 indeksi 1,8% - 5 868 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 965 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 024 bəndədək enib.
Yanvarın 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% azalaraq 1 346,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3484 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR