Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,6% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,6% enib
# 24 yanvar 2011 06:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 11 872 bəndədək, S&P 500 0,2% - 1 283 bəndədək yüksəlib, Nasdaq 0,6% - 2 690 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına müsbət təsir “Google” və “General Electric” şirkətlərinin rüblük hesabatları müsbət olmasından irəli gəlib.
Avropa fond bazarlarında yanvarın 21-də FTSE 100 indeksi 0,5% - 5 896 bəndədək, Fransa CAC-40-ı 1,3% - 4 018 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 062 bəndədək yüksəlib. Avropa bazarlarında «BBVA»nın səhmləri 3,4%, «Banco Santander»in səhmləri 3,8%, «Royal Bank of Scotland»ın səhmləri 6,5%, «Dexia»nın səhmləri 3,9% bahalaşıb.
Yanvarın 21-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 341,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3598 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR