Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,8% yüksəlib
# 27 yanvar 2011 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 986 bəndədək, S&P 500 0,4% - 1 297 bəndədək, Nasdaq 0,8% - 2 740 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, bazara Federal Ehtiyat Sisteminin rəsmilərinin bəyanatı müsbət təsir edib. Belə ki, bəyan olunub ki, iqtisadiyyatın artım templəri hələ də zəifdir və bu səbəbdən dəstək siyasəti davam etdiriləcək. O cümlədən, istiqrazların geri alınması proqramı qüvvədə qalacaq.
Avropa fond bazarlarında yanvarın 26-da FTSE 100 indeksi 0,9% - 5 969 bəndədək, Fransa CAC-40-ı 0,7% - 4 049 bəndədək, Almaniya DAX-ı 1% - 7 127 bəndədək yüksəlib.
Yanvarın 26-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,05% artaraq 1 333 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3705 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR