Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,8%, Nasdaq 2,5% enib

Dow Jones indeksi 1,4%, S&P 500 1,8%, Nasdaq 2,5% enib
# 31 yanvar 2011 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 11 824 bəndədək, S&P 500 1,8% - 1 276 bəndədək, Nasdaq 2,5% - 2 687 bəndədək enib. «APA-Economics»in məlumatına görə, fond bazarında kotiravkaların enməsinə zəif makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında yanvarın 28-də FTSE 100 indeksi 1,4% - 5 881 bəndədək, Fransa CAC-40-ı 0,3% - 4 060 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 103 bəndədək enib.
Yanvarın 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% artaraq 1 340,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3613 (-0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR