Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0208 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0208 təşkil edib
# 01 fevral 2011 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq fevral ayının 1-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0207 bənd və ya 2,1% artaraq 1,0208-ə bərabər olub.

AMFBI indeksinin artması yanvarın 31-də ipoteka istiqrazlarının yeni, üçüncü buraxılışının 3 mln. manat həcmində olan daha bir tranşının yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının yüksəlməsi səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR