Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,8%, Nasdaq 0,5% yüksəlib
# 01 fevral 2011 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 11 892 bəndədək, S&P 500 0,8% - 1 286 bəndədək, Nasdaq 0,5% - 2 700 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotiravkaların yüksəlməsinə makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında yanvarın 31-də FTSE 100 indeksi 0,3% - 5 863 bəndədək, Fransa CAC-40-ı 0,1% - 4 006 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 078 bəndədək enib.
Yanvarın 31-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 333,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3723 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR