Bank Of Baku

AGBI indeksi 1,0048, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0048, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib
# 02 fevral 2011 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0047 bənd və ya 0,5% artaraq fevral ayının 2-nə 1,0048 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0207 bənd və ya 2% azalaraq 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması fevralın 1-də 9,047 mln. manat həcmində dövlət istiqrazları buraxılışının dövriyyədən çıxarılması və 10 mln. manatlıq emissiyanın yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının artması səbəbindən baş verib.

AMFBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR