Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,7%, Nasdaq 1,9% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,7%, Nasdaq 1,9% yüksəlib
# 02 fevral 2011 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 1-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 12 040 bəndədək, S&P 500 1,7% - 1 308 bəndədək, Nasdaq 1,9% - 2 751 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotiravkaların yüksəlməsinə makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında fevralın 1-də FTSE 100 indeksi 1,6% - 5 958 bəndədək, Fransa CAC-40-ı 1,7% - 4 073 bəndədək, Almaniya DAX-ı 1,5% - 7 184 bəndədək yüksəlib. Avropada “Deutsche Bank”ın səhmləri 1,6%, “Societe Generale”in səhmləri 1,4%, “Barclays”ın səhmləri 1,6%, “Total”in səhmləri 3,2%, “ENI”nin səhmləri 4,1% bahalaşıb.
Fevarlın 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 340,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3849 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR