Bank Of Baku

BFB-də 10100131S seriyalı 10 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-də 10100131S seriyalı 10 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 02 fevral 2011 07:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10100131S seriyalı, dövlət qeydiyyatından keçmiş dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 37 786 900 manat təşkil edib.

Sifarişlər 99,88% (gəlirlik 1,25%) - 99,80% (gəlirlik 2,09%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,86% (gəlirlik 1,46%), orta ölçülmüş qiymət isə emitent tərəfindən 99,87% (gəlirlik 1,36%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 2 001 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 10 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin martın 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR