Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,2038, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,2038, AMFBI indeksi 1,0001 təşkil edib
# 03 fevral 2011 06:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0047 bənd və ya 0,5% azalaraq fevral ayının 3-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,2037 bənd və ya 20,4% artaraq 1,2038 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməz qalaraq 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması fevralın 2-də 10 mln. manat həcmində not buraxılışının dövriyyədən çıxarılması və 20 mln. manatlıq emissiyanın yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının artması səbəbindən baş verib.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR