Bank Of Baku

Dow Jones indeksi 0,02% yüksəlib, S&P 500 0,3%, Nasdaq 0,04% enib

Dow Jones indeksi 0,02% yüksəlib, S&P 500 0,3%, Nasdaq 0,04% enib
# 03 fevral 2011 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 12 042 bəndədək yüksəlib, S&P 500 0,3% - 1 304 bəndədək, Nasdaq 0,04% - 2 750 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında bir neçə gündür ki, investorlar Misirdə baş verən hadisələr və bununla bağlı qeyri-müəyyənlik səbəbindən ehtiyatlıq nümayiş etdirirlər.
Avropa fond bazarlarında fevralın 2-də FTSE 100 indeksi 0,7% - 6 000 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 4 067 bəndədək, Almaniya DAX-ı 0,01% - 7 184 bəndədək enib.
Fevralın 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 332,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3791 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR