Bank Of Baku

BFB-da 10200231S seriyalı 4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10200231S seriyalı 4 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 04 fevral 2011 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10200231S seriyası ilə qeydiyyatından keçmiş dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 6 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 25 308 900 manat təşkil edib. Sifarişlər 99,60% (gəlirlik 1,61%) – 99,32% (gəlirlik 2,75%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər emitent tərəfindən 99,60% (gəlirlik 1,61%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 802 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin martın 6-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR