Bank Of Baku

Bu gün BFB-da 10300331S seriyalı 3 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10300331S seriyalı 3 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 08 fevral 2011 14:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10300331S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 12 611 600 manat təşkil edib. Sifarişlər 99,01% (gəlirlik 2,01%) – 98,29% (gəlirlik 3,49%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 99,01% (gəlirlik 2,01%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin avqustun 9-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR