Bank Of Baku

AGBI indeksi 0,9860, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9860, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib
# 09 fevral 2011 06:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0141 bənd və ya 1,4% azalaraq fevral ayının 9-na 0,9860 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməz qalaraq 1,0001-ə bərabər olub.
AGBI indeksinin azalması fevralın 8-də 5,8 mln. manat həcmində dövlət istiqrazların iki buraxılışın dövriyyədən çıxarılması və 3 mln. manatlıq bir emissiyasının yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının azalması səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR