Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib
# 09 fevral 2011 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Fevralın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 233 bəndədək, S&P 500 0,4% - 1 325 bəndədək, Nasdaq 0,5% - 2 797 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsinə müsbət hesabatlar təsir edib.
Avropa fond bazarlarında fevralın 8-də FTSE 100 indeksi 0,7% - 6 091 bəndədək, Fransa CAC-40-ı 0,4% - 4 108 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 323 bəndədək yüksəlib.
Fevralın 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% azalaraq 1 364,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3646 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR