Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,3%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,3%, Nasdaq 0,3% enib
# 10 fevral 2011 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Fevralın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 240 bəndədək yüksəlib, S&P 500 0,3% - 1 321 bəndədək, Nasdaq 0,3% - 2 789 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarına bir sıra amil təsir edib. Belə ki, müsbət korporativ hesabatlar yüksəldici, Ben Bernankenin ölkədə işsizliyin hələ də uzun müddət qalması barədə bəyan isə endirici təsir edib.
Avropa fond bazarlarında fevralın 9-da FTSE 100 indeksi 0,6% - 6 052 bəndədək, Fransa CAC-40-ı 0,4% - 4 091 bəndədək, Almaniya DAX-ı 0,03% - 7 321 bəndədək enib.
Fevralın 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 365,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3695 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR