Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib
# 11 fevral 2011 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Fevralın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 229 bəndədək enib, S&P 500 0,1% - 1 322 bəndədək, Nasdaq 0,1% - 2 790 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarına bir sıra amil təsir edib ki, həm makroiqtisadi, həm korporativ amillər fonunda bazarda vahid dinamika müşahidə olunmayılb.
Avropa fond bazarlarında fevralın 10-da FTSE 100 indeksi 0,5% - 6 020 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 4 095 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 340 bəndədək yüksəlib. Avropada «Deutsche Bank»ın səhmləri 1,8%, «Societe Generale»in səhmləri 1,7%, «Barclays»ın səhmləri 1%, «ENİ»nin səhmləri 0,8%, «Total»in səhmləri 1,1% bahalaşıb.
Fevralın 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 362,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3574 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR