Bank Of Baku

BFB-da 10500133S seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-da 10500133S  seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 11 fevral 2011 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500133S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 10 628 500 manat təşkil edib. Sifarişlər 100,00% (gəlirlik 4,00%) qiymətdə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 598 500 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin fevralın 10-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR