Bank Of Baku

BFB-da 10200431S seriyalı 7 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10200431S seriyalı 7 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 15 fevral 2011 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10200431S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 17 824 400 manat təşkil edib. Sifarişlər 99,67% (gəlirlik 1,33%) – 99,43% (gəlirlik 2,30%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,60% (gəlirlik 1,61%), orta ölçülmüş qiymət isə emitent tərəfindən 99,63% (gəlirlik 1,49%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 1 402 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 7 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin mayın 17-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR