Bank Of Baku

AGBI indeksi 1,0345, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0345, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib
# 16 fevral 2011 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0344 bənd və ya 3,4% artaraq fevral ayının 16-na 1,0345 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməz qalaraq 1,0001-ə bərabər olub.
Fevralın 15-də 7 mln. həcmində olan bir dövlət istiqrazların buraxılışı yerləşdirilib ki, bunun nəticəsində bazar kapitallaşmasının artması AGBI indeksinin yüksəlməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR