Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,5% enib
# 16 fevral 2011 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Fevralın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 227 bəndədək, S&P 500 0,3% - 1 328 bəndədək, Nasdaq 0,5% - 2 804 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi ölkədə pərakəndə ticarəti üzrə statistikanın investorları müəyyən dərəcədə məyus etməsi ilə bağlı olub.
Avropa fond bazarlarında fevralın 15-də FTSE 100 indeksi 0,4% - 6 037 bəndədək enib, Fransa CAC-40-ı 0,3% - 4 110 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 400 bəndədək yüksəlib.
Fevralın 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 374,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3528 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR